Ərdoğandan açıqlama – İslam interpolu yaradılır
1. 158 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə görüşündə təhlükəsizlik baxımından mühüm addım atıldığını açıqlayıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ərdoğan İƏT Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi təklifinin qəbul edildiyini söyləyib.
“Buradan beynəlxalq cəmiyyəti terror təşkilatlarına qarşı münasibətlərini nəzərdən keçirməyə çağırıram. Terror təhdidi ilə ərazidə əməliyyatlar keçirməklə yanaşı maliyyə və insan qaynaqlarını qurudaraq da mübarizə aparmaq lazım olduğunu düşünürəm. İƏT-in üzvü olan ölkələr arasında terrora və digər cinayətlərə qarşı əməkdaşlığı gücləndirəcək bir qurumun yaradılması məqsədəuyğun olacaq”.
Ərdoğan layihə çərçivəsində mərkəzi İstanbulda olan bir İƏT Polis Əməkdaşlıq və Koordinasiya mərkəzi qurulması təklifinin qəbul olunduğunu söyləyib.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (Allahın ona salamı olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)
“Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir”.
Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fataua əş-şariyyə fi qadayyə əl-asriyyə”, 125)