Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğandan islam dünyasına səsləndi – VİDEO

Noyabr 22
16:56 2017

“Əsl plan islam cəmiyyətlərini içəridən çökdürməkdir. İŞİD, “Əl-Qaidə”, “Boko Haram”, YPG və FETÖ kimi qatil sürülərinin bütün bölgəmizi böyük bir qan gölünə çevirdiyini görürük”.

Selefxeber.azEurasiadiary.com”a istinadən bildirir ki, Türkiyə KİV-inin xəbərinə görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 33-cü iclasında çıxışında deyib.

“Səhnədə baş verənlər pərdə arxasındakı əsl ssenaristləri görməyimizə mane olmamalıdır. İslam dünyasının birliyini və gələcəyini yox etmək üçün çirkli bir ssenari həyata keçirilir. Hədəf yalnız neftimiz, təbii və insan ehtiyatlarımız deyil, əsl hədəf islam mədəniyyətinin həyat budaqlarını qurutmaqdır. Məqsəd müsəlmanların onurğasını çürütmək, hamımızı iflic etməkdir”, – Türkiyə prezidenti bildirib.

🎬

Digər xəbərlər