Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğanın ilk xarici səfəri Azərbaycana olacaq

Avqust 16
16:30 2014

APA-nın məlumatına görə, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub.

Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R. T. Ərdoğan özü açıqlayıb.

O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R. T. Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi.

Digər xəbərlər