Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğanın ultimatumu ABŞ-ı qərarını dəyişməyə vadar etdi

Noyabr 05
17:28 2015

BŞ bundan sonra silahları ancaq Suriyalı müxaliflərə verəcək.

“Suriyanın şimalındakı kürd silahlı birləşmələrinə (PYD) silah verməyi dayandırdıq. Hazırkı siyasətimiz budur”.

“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, bunu İŞİD terror xəvaric qruplaşmasına qarşı İraq və Suriyada aparılan hava əməliyyatlarına başçılıq edən amerikalı polkovnik Stiv Uorren deyib. Onun sözlərinə görə, ABŞ bundan sonra silahları ancaq Suriyalı müxaliflərə verəcək.

Türkiyənin bölgədəki nüfuzundan və rolundan danışan Stiv Uorren deyib:

“Türkiyə NATO üzvüdür və İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə ən yaxın müttəfiqimizdir. Əlbəttə, Ankaranı narahat edən məsələlər var və biz də onları nəzərə alırıq. İŞİD terror xəvaric qruplaşmasını məğlub etmək üçün birgə fəaliyyətimiz davam edəcək”.

Oktyabr ayında ABŞ İŞİD terror xəvaric qruplaşması ilə daha effektiv döyüşə bilmək üçün “PYD”-yə havadan 27 konteyner silah-sursat yollamışdı. Türkiyə Birləşmiş Ştatlara ultimatum verərək, narahatlığını dilə gətirmişdi.

Rəsmi Ankara, PKK-nın Suriyadakı qolu olan PYD-ni terrorçu təşkilat kimi tanıyır.

Digər xəbərlər