Ərdoğanla Putinin təcili görüşü olacaq
Oktyabr 03
15:16
2015
625 dəfə baxılıb
Türkiyə və Rusiya prezidentləri yenidən bir araya gələcəklər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Cəzirə”yə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı Rusiyadan Suriya əməliyyatını bir daha nəzərdən keçirmələrini tələb edəcəyini bildirib:
“Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı hərəkətə keçəcəyi barədə məlumat verdiyini bildirsə də, ancaq Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrə qarşı əməliyyatlar aparacağını bildirməmişdi. Bu, təəssüf doğurur. Putinlə yenidən görüşərək bu addımlarını yenidən nəzərdən keçirmələrini istəyəcəm”.
Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hava əməliyyatlarına başlayıb.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!