Ərəb Birliyi təcili iclas keçirir: əl-Əqsa məscidi
2. 404 dəfə baxılıb
Ərəb Birliyi İsrailin Qüds və Əl-Əqsa məscidində yaratdığı qanun pozuntularına görə fövqəladə iclas çağırıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, İordaniyanın tələbi ilə Ərəb Birliyinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə toplantı keçirməklə bağlı qərar verilib.
Birliyin Baş katibi Əhməd Əbu Qayt da məsələ ilə bağlı verdiyi açıqlamasında İsrailin illərlə davam etdirdiyi Qüds və Əl-Əqsa məscidinə qarşı addımlarını pisləyib.
“Qüds qırmızı xəttimizdir. Ərəb və müsəlmanlar ona zərər gəlməsini qəbul etmir. İsrail hökuməti odla oynayır. İsrail İslam və Ərəb aləmində böyük bir böhranın fitilini alovlandırır”.
Həmçinin İordaniya Xarici İşlər naziri dünən Misirli həmkarı Samih Şükrü ilə telefonda danışaraq Qüds və Məscidi-Əl-Əqsada baş verən son prosesləri qiymətləndirib.