Ərəb Dövlətləri İttifaqı İranın silahla dolu gəmisini saxlayıb
Sentyabr 30
20:06
2015
829 dəfə baxılıb
“Sələf Xəbər”in Alarabiyya.net-ə istinadən məlumatına görə, Ərəb Dövlətlərinin İttifaq qüvvələri bəyan ediblər ki, onlar ötən şənbə günü Ərəbistan dənizində Oman Sultanlığının Salalə şəhərinin cənub şərqində İrana məxsus silahla yüklü gəmi saxlayıblar. Axtarış aparılan digər gəmidə isə 14 nəfər İran vətəndaşı saxlanılıb.
Qurban bayramının üçüncü günü, yəni sentyabr ayının 26-da günorta saat bir radələrində saxlanılan gəminin göyərtəsində xeyli sayda silah-sursat aşkar edilmişdir.
Qeyd edək ki, Ərəb Dövlətləri İttifaqı Husi qiyamçılarının silah yolunu kəsmək üçün Yəmən ətrafında dənizdə hərəkəti qadağan elan etmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)