Ərəb Dövlətləri Liqası “Hizbullah”-ı terror qruplaşması kimi tanıdı
Mart 12
17:45
2016
705 dəfə baxılıb
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Reuters məlumat verib.
Liqanın qəbul etdiyi kommünikedə deyilir: “Ərəb Dövlətləri Liqasının Xarici İşlər nazirləri Komitəsi “Hizbullah” qruplaşmasının terror təşkilatı kimi tanınmasına dair qərar qəbul edib”.
Qərarın lehinə İraq və Livan istisna olmaqla, Liqanın bütün üzvləri səs verib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)