Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəb Dövlətləri Liqasının 26-cı sammiti işə başladı

Mart 28
17:27 2015

Toplantının gündəliyinə “Sabitlik fırtınası” adlı əməliyyat da daxil edilib.
Bu gün Misirin Şarm əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqasının 26-cı sammiti işə başlayıb.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, dövlət başçıları bölgədəki vəziyyəti müzakirə edəcək.

Toplantının gündəliyinə Yəməndə husi qiyamçılarının irəliləməsinin qarşısının alınması üçün başlanılan “Sabitlik fırtınası” adlı əməliyyat başda olmaqla, terrora qarşı mübarizə, Suriya, İraq və Liviyadakı vəziyyət, Fələstin-İsrail probleminin həllinə dair məsələlər daxil edilib.

Zirvə toplantısına Misir prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani, Bəhreyn kralı Hamad bin İsa əl-Xəlifə, Tunis prezidenti əl-Baci Qaid əs-Sibsi, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas, İraq prezidenti Fuad Masum, Somali prezidenti Həsən Şeyx Mahmud, Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Sudan prezidenti Ömər əl-Bəşir, İordaniya kralı II Abdullah, Yəmən prezidenti Abdurabbu Mansur Hadi, Cibutinin dövlət naziri İsmayıl Ömər Guelleh və Mavritaniyanın dövlət naziri Məhəmməd Vələd Əbdüləziz qatılıblar.
Suriya üçün ayrılan yerin boş qalması da diqqətdən yayınmayıb.

Toplantıdan öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud və Yəmən prezidenti Abdurabbu Mansur Hadi arasında üçtərəfli görüş də olub.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər