Ərəb general öldürülüb
Avqust 24
15:59
2015
891 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 18 briqadasının komandiri, general-mayor Əbdürrəhman Səid əş-Şahrani öldürülüb.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, general avqustun 24-ü, Yəmən sərhədində yerləşən Səudiyyə Ərəbistanı mövqelərinin atəşə tutulması nəticəsində öldürülüb.
General yoxlama məqsədilə Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanı mövqelərinə baş çəkirmiş. Ağır yaralanan general xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.
Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!