Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib
639 dəfə baxılıb
“Sələf Xəbər” Apa-ya istinadən bildirir ki, “Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib.
“Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər-hansı əməliyyatın keçirilmədiyini müəyyən edib”, – deyə koalisiyanın məlumatında bildirilir.
Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.
İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, – deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.