Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəb Koalisiyası Yəmənə quru qoşunları yeridir

Sentyabr 15
16:28 2016

Selefxeber.az-ın “Sabq.org” saytına istinadən məlumatına görə Ərəb Koalisiyası Yəməndə qanuni rəhbərliyi müdafiə etmək və Husi qiyamçılarına qarşı müqavimət göstərmək üçün quru qoşunlarının ilk dəstəsini Yəmənin Əl-Bəyda adlı strateji ərazisinə daxil etdiyini elan etmişdir.

Hal-hazırda koalisiya qüvvələri yerli hökümət tərəfdarları ilə birlikdə Husi qiyamçılarına qarşı döyüşürlər.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”(Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Digər xəbərlər