Ərəb ölkələri ər-Riyadda toplanacaq
Mart 07
15:40
2016
670 dəfə baxılıb
Martın 9-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda Fars körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantıda regional və beynəlxalq məsələlər, Suriya, Yəmən və İraqda baş verən son hadisələr müzakirə olunacaq.
Xatırladaq ki, Şuranın xarici işlər nazirləri “Hizbullah”ın terror təşkilatı elan edilməsindən sonra ilk dəfədir toplanır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)
Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!