Ərəb ölkələri İŞİD-ə qarşı müharibəyə başlayır
1. 115 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, Amerika İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizəyə başlamaq üçün quru qoşunlarına “döyüşə hazır ol” əmri verib.
Lakin, əldə edilən son xəbərlərə görə müharibəyə ABŞ deyil, Ərəb ölkələri başlayacaq. Kobani və İraqda İŞİD terror xəvaric qruplaşmasına qarşı hava hücumları lazımi nəticəni vermədiyi üçün, ABŞ quru qoşunları fəaliyyətə keçməyi qərara alıb. Lakin, əldə edilən son məlumatlara əsasən, müharibəyə ABŞ yox, Ərəb ölkələri başlayacaq.
ABŞ-ın İŞİD terror xəvaric qruplaşması ilə hərbi mübarizə çərçivəsində Ərəb ölkələrindən quru qoşunları üçün dəstək istədiyi bildirilib. Londonda nəşr olunan “Şərqul Əvsat” qəzeti, ABŞ və müttəfiqlərinin İŞİD terror xəvaric qruplaşmasının hədəflərinə yönələn hava hücumlarını davam etdirdiyi, Vaşinqton hökumətinin isə təşkilatın Suriyadakı təchiz edilmiş atəş mövqelərinə quru qoşunları ilə müdaxilə etmə yollarını axtardığını yazıb.
Qəzetin “etibarlı” olaraq səciyyələndirdiyi Amerika mənbələrinə əsaslanaraq yaydığı xəbərdə, ABŞ hökumətinin İŞİD terror xəvaric qruplaşmasının Suriyadakı irəliləyişinin qarşısını almaq məqsədilə ərəblərdən quru qoşunları üçün dəstək istəyəcəyi də qeyd edilib.
Xəbərdə ABŞ-ın Merilend ştatında yerləşən “Endryus” Hərbi Bazasında keçirilən və 22 ölkədən ordu generallarının (ordu komandirlərinin) iştirak etdiyi İŞİD terror xəvaric qruplaşması ilə mübarizə koalisiyasının iclasında sözügedən müdaxilənin müzakirə edildiyi qeyd edilib. Qeyd edək ki, bəhs edilən iclas, oktyabr ayının 14-ü gecə baş tutub.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).