Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəb Ölkələri Liqası fövqəladə iclas üçün Qahirədə toplanacaq

Yanvar 05
16:08 2016

Yanvarın 10-da Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı-İran münasibətlərindəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Ərəb Ölkələri Liqasının baş katibinin müavini Əhməd Ben Helli bəyan edib.

“Liqanın Xarici İşlər nazirlərinin Şurası rəsmi Ər-Riyadın müraciətinə əsasən növbədənkənar fövqəladə iclas çağırıb. Görüşdə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun hücuma məruz qalması, həmçinin İranın ərəb ölkələrinin daxili işlərinə qarışması pislənəcək”, – deyə Əhməd Ben Helli bildirib.

Qeyd edək ki, ötən gün Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbi İranda baş vermiş insidenti pisləyib, Səudiyyə Ərəbistanının diplomatik missiyalarına hücumları beynəlxalq normaların kobud şəkildə pozulması kimi qiymətləndirib. O qeyd edib ki, İran hökuməti Vyana konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsinə dair məsuliyyət daşıyır. Nabil Əl-Ərəbi, həmçinin İranı Ərəb ölkələrinin daxili işlərinə qarışmamağa çağırıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər