Ərəb ölkələri Qətərə tələblər siyahısını təqdim edir
1. 376 dəfə baxılıb
Ərəb ölkələri Qətərə münasibətlərin normallaşdırılması üçün yerinə yetirməli olduğu tələblərin siyahısını təqdim ediblər.
Selefxeber.az “Al-Arabiya”ya istinadən xəbər verir ki, “Roytersin” yaydığı məlumata görə, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi, əl-Cəzirə telekanalını bağlamağı gözləyirlər.
Xəbərdə deyilir ki, qonşu ölkələr təqdim etdikləri 13 şərti yerinə yetirmək üçün Dohaya 10 gün vaxt veriblər. Tələblər içərisində həmçinin ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamaq və terrorçuluqda ittiham olunanların təslim edilməsi və hesablarının dondurulması tələbi irəli sürülmüşdür.
Daha öncə KİV-lərin məlumatında Küveytin 4 ərəb ölkəsinin: Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.