Ərəb ölkələri Qüdslə bağlı UNESCO-ya müraciət etdi
664 dəfə baxılıb
“Sələf Xəbər”in azertag.az-a istinadən məlumatına əsasən bir neçə ərəb ölkəsi Qüdsün müqəddəs yerlərin statusunun dəyişdirilməsi ilə bağlı layihəni UNESCO-nun müzakirəsinə təqdim etmək niyyətindədir.
“Frans press” agentliyinin yaydığı xəbərə görə, layihənin mətni Əlcəzair, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Mərakeş və Tunis tərəfindən hazırlanıb. Layihədə “Ağlayan divar” müsəlmanların Qüdsdə Məbəd dağının sahəsində yerləşən müqəddəs yerlərin bir hissəsi kimi baxılması təklif olunur. Həmçinin layihənin mətnində “Ağlayan divar” ərəb dilində “Al-Burak” adlandırılır. Ərəb dövlətləri hesab edirlər ki, “Ağlayan divar” “Əl-Aksa” məscidinin ayrılmaz hissəsidir.
Qeyri-rəsmi məlumatlara görə, bu layihə UNESCO-nun icra şurasına baxılması üçün oktyabrın 21-22-də təqdim olunacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (Müqəddəs Quran, “İsra” surəsi, 1-ci ayə).