Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəb parlamenti “Hizbullah”ı terror təşkilatı elan edib

Aprel 18
18:42 2016

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Birliyindən sonra bu dəfə də Ərəb parlamenti “Hizbullah”ın terror təşkilatı olduğunu bəyan edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Parlamentin Misirin paytaxtı Qahirədə keçirdiyi iclasından sonra, yaydığı yazılı açıqlamada, İranın “Hizbullah” vasitəsilə ərəb ölkələrinin daxili işlərinə qarışması pislənib.

Parlament sədri Əhməd bin Məhəmməd el-Cerevan parlament üzvlərinin “Hizbullah”ın terror təşkilatı olaraq qəbul edilməsinə qərar verdiyini bildirib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər