Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəbistan şahzadəsi İŞİD terror xəvaric qruplaşmasıyla bağlı iddialara cavab verdi

Dekabr 02
19:21 2014

“Sələf Xəbər” www.arabnews.com saytına istinadən, Səudiyyə Ərəbistanının Birləşmiş Krallıqdakı səfiri Şahzadə Məhəmməd bin Nəvafın aşağıdakı bəyanatla çıxış etdiyini xəbər verir: “Səudiyyə Ərəbistanı, regionun bir çox ərazilərində terror hökmranlığı sürdürən cinayətkarlara dəstək verməyib və ya onları maliyyələşdirməyib. Bundan sonra da nə dəstək verəcək, nə də maliyyələşdirəcək”.

Londonda nəşr edilən “The Financial Times” qəzetində Devid Qardner adlı müəllifin yazdığı “Səudiyyə Ərəbistanı sünni müsəlmanlar arasında liderliyi ələ alıb” məqaləsinə cavab olaraq Şahzadə Məhəmməd bunları deyib: “Yazıçının Səudiyyə Ərəbistanının “tankerlərlə dolu kvazi-totalitar dini doqma və boru kəmərləri ilə dolu cihad könüllüləri ixrac etməsi” haqqında qeyri-adi iddiası yanlışdır.

O bildirib ki, Səudiyyə Ərəbistanı “İslam Dövləti” terror xəvaric qruplaşması bayrağı altında birləşmiş qatilləri dəstəkləməyib və dəstəkləməyəcək. “Biz heç bir formada “hərbi cihadçılığa” dəstək verməmiş və ya onları maliyyələşdirməmişik. Həqiqətən, biz onlara qarşı ciddi müqavimət göstərmişik və beynəlxalq ictimaiyyəti bizimlə birgə olmağa çağırmışıq”.

Qardner öz məqaləsində yazır: “Cihadçı ekstremizm Ərəbistan krallığı üçün heç bir təhlükə təşkil etmir. Lakin doktrinal nöqteyi-nəzərdən cihadçı ekstremizmin İslamı literalist və eksklüziv şəkildə şərh etməklə vəhabi ortodoksallığından sapdığını anlamaq olmur”. Şahzadə Məhəmməd bu iddiaya “Vəhabi ortodoksallığının” nə olduğunu soruşmaqla cavab verib.

“Biz vəhabi deyilik, biz müsəlmanıq” – deyə izah edib. “Vəhabilik mətbuatın Əfqanıstanda Talibanlardan tutmuş əl-Qaidə şəbəkəsinə qədər və indi İraqda terorçu İŞİD-i təsvir etmək üçün uydurduğu bir damğadır”. Şahzadə bildirib ki, bu hərəkatların ideologiyası, uzun müddət səyahət etmiş, 18-ci əsrin hüquqşünas alimi olan şeyx Muhamməd Əbdulvəhhabın təlimlərinə heç uyğun gəlmir: “O (şeyx) israr edirdi ki, müsəlmanlar insan həyatının maksimal dərəcədə qorunmasını özündə ehtiva edən Müqəddəs Quranın və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dəyərlərinə sadiq qalsınlar”.

Səfir səudiyyəli qatillərə xatırladıb ki, Səudiyyə hökumətinin 100 milyon dollar məbləğində maliyyə dəstəyi ilə Riyadda BMT Terrorla Mübarizə Mərkəzi təsis edilib və bu il daha 100 milyon dollar məbləğində maliyyə dəstəyi göstərilib.

“Biz hər gün, hər saat öz sərhədlərimiz daxilində ekstremizmlə mübarizə aparmışıq və aparırıq. Bu ölüm saçan fitnəkar qruplaşmalara dəstək verdiyi və ya maliyyələşdirdiyi aşkarlanmış bütün Səudiyyə Ərəbistanı vətəndaşları həbs ediləcək” – deyə bildirib. Şahzadə Məhəmməd bildirib ki, cari münaqişə işığında İraq müharibəsindən əvvəl, 2003-cü ildə Xarici İşlər naziri Şahzadə Səud əl-Feysəlin xəbərdarlığını xatırlamağa dəyər: “Əgər rejimin dəyişməsi İraqın dağıdılması ilə nəticələnəcəksə, o zaman siz bir problemi həll etməklə 5 problem də artıq yaradacaqsınız”.

Səudiyyəlilər səfirin cavablarını sosial mətbuatda paylaşaraq ölkələrinə qarşı atılmış böhtanı pisləyiblər. “Yanlış məlumatlandırılmış qərb mətbuatı Səudiyyə Ərəbistanı əleyhinə yanlış kampaniya həyata keçirir” – söyləyərək bloqçu Seyf əl-Qəhtani bildirib: “Belə görünür ki, qərblilər bizim mətbuatda və məscidlərimizin minbərindən yayılan xəbərləri oxumur. Saf dinimizin adına ləkə yaxdığı üçün İŞİD terror xəvaric qruplaşmasının terrorçuları hər kəs tərəfindən pislənir”.

Digər xəbərlər