Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəbistan sərhədinə hücum edilib

Fevral 24
17:27 2016

Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Necran şəhərinin atəşə tutulması nəticəsində bir əsgər həlak olub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” agentliyi məlumat yayıb.

Məlumata görə, sərhəd xəttinə nəzarət edən hərbi avtomobil hədəf alınıb.

Nəticədə Əl-Arif Əkbər Rüba adlı əsgər həlak olub.

Qeyd edək ki, uzun müddətdir Yəməndə qeyri-sabitlik hökm sürür. Ötən ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə husilərin irəliləyişini dayandırmaq üçün əməliyyatlar aparır.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər