Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ermənilərin arzusu ürəyində qaldı

Oktyabr 02
13:13 2014

“Sələf Xəbər” ensonhaber.com xəbər portalına istinadən xəbər verir ki, Türkiyə hökuməti Cenevrədə erməni soyqırımına həsr edilmiş abidənin ucaldılmasına qarşı öz etirazını bildirib.

Kanton rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının binasının yerləşdiyi Arianna parkında inşa edilməsi planlaşdırılan abidə üçün yeni bir yer axtarılmasını tələb edib.

Cenevrədə yalançı erməni soyqırımına həsr edilmiş abidənin tikilməsi barədə müzakirələr 7 ildir davam edir. Türkiyə və İsveçrə Xarici İşlər Nazirliyinin abidənin inşa edilməməsi üçün ermənilər və Cenevrə bələdiyyəsinə qarşı mübarizə apardığı bildirilib.

Abidənin inşa edilməsi üçün icazəni kanton rəhbərliyi verməlidir. Cenevrə kantonunun başçısı Fransua Lonşamp layihənin həyata keçirilməsinə dəstək versə də, abidənin daha az diqqət cəlb edən yerdə inşa edilməsi tələbini irəli sürüb.

Abidənin ilk olaraq şəhər mərkəzində ucaldılması planlaşdırılmış, lakin abidələrin mühafizəsi üzrə qurumun vetosu (qadağası) səbəbilə abidənin şəhər mərkəzində inşa edilməsinə icazə verilməmişdi.

Son qərarın ermənilərin etirazına səbəb olacağı bildirilib. Türkiyənin abidənin inşasına mane olmaq məqsədilə bütün kanallarından istifadə etdiyi, Türk diplomatiyasının bütün sahələrdə fəaliyyət göstərərək bələdiyyə, kanton rəhbərliyi, Birləşmiş Millətlər Təşkilatı və hökumətlə təmas qurduğu qeyd edilmişdir.


“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.”

Qurani Kərim, “Maidə” surəsi, 8-ci ayə

Digər xəbərlər