“Əş-Şəbab” terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Sentyabr 09
16:14
2014
850 dəfə baxılıb
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişoda törədilən terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
Minalanmış avtomobil Afrika sülhməramlıları karvanı yaxınlığında partladılıb. Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Məlumata görə, terrorçular sentyabrın 1-də ABŞ-ın xüsusi əməliyyat nəticəsində öldürdüyü qruplaşmanın lideri Əhməd Qodaninin qisasını almaq istəyiblər.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdül Əziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120).