Əsəd Əsədi edam edəcəkmi?
750 dəfə baxılıb
Ötən gün Əsəd tərəfdarları arasında qarşıdurmaların artması haqqında məlumat yaymışdıq. Qarşıdurmaların səbəbi isə Əsəd ailəsinin üzvlərindən olan Hilal Əsədin oğlu Süleyman Əsədin, Həsən Şeyx adlı polkovniki avtomobilində, ailə üzvlərinin gözü qarşısında qətlə yetirməsi olmuşdur.
Camaat arasında narazılığa səbəb olan və kütləvi etiraz aksiyaları ilə müşayiət edilən etiraz dalğası Əsəd rejimini ciddi narahat etmiş və nəticədə Bəşər Əsəd əmisi oğlu Süleyman Əsədin mühakimə edilməsi barədə göstəriş vermişdir.
“Sələf Xəbər” alarabiya.net-ə istinadən bildirir ki, Əsəd rejiminin adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmuru bildirib ki, Bəşər Əsəd bu hadisəyə susan deyil və o lazımi tədbirləri görəcəkdir.”
“Sizcə onun edam edilməsinə dair qərar veriləcəkmi?” – sualına isə cavabı belə olmuşdur: “İşin məhkəməyə çıxarılması haqqında hələki məlumat yoxdur. Bu kimi qərarı məhkəmə verir. Amma onu deyim ki, Süleyman Əsəd heç bir halda xilas ola bilməyəcək. Hətta Bəşər Əsəd də ona kömək edə bilməyəcək…”
Sələf Xəbər: Uca Allah buyurur: “Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinə qarşı belə saldırarıq.” (əl-Ənam surəsi, 129-cu ayə).