Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əsəd gedəcəyi vaxtı açıqlayıb

Noyabr 19
17:58 2015

Suriya prezidenti Bəşər Əsəd onu istefaya səsləyənlərə cavab verib.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, Əsəd İŞİD terror xəvaric qruplaşması üzərində qələbədən sonra gedəcəyini bildirib.

Onun sözlərinə görə, nə qədər ki terrorçular Suriyanın bəzi rayonlarına nəzarət edir, siyasi məsələlərdə uğur əldə etmək qeyri-mümkündür: “Terrorçuluq üzərində qalib gəldikdən 1,5-2 il sonra Suriyada keçid hökuməti qurula bilər. Əgər keçid hökumətində də mən prezident seçilsəm, xalqı yaxşı gələcək gözləyir”.

Qeyd edək ki, Rusiya və İran rəhbərliyi keçid hökumətində Əsədin olmasını vacib hesab edir və bildirir ki, Suriya xalqı öz taleyini özü müəyyən etməlidir. ABŞ və Avropa İttifaqının bir sıra ölkələri isə Əsədin keçid hökumətindən dərhal sonra istefa verməsini tələb edir.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)

Digər xəbərlər