Əsəd: “İstefaya getmək niyyətində deyiləm”
Mart 02
16:14
2016
693 dəfə baxılıb
Yalnız Suriya vətəndaşları kimin prezident olacağına dair qərar qəbul etmək hüququna malikdirlər.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd Almaniyanın ARD telekanalına müsahibəsində bəyan edib.
“Mən, təbii ki, istefaya getmək niyyətində deyiləm. Bu bizim işimiz, Suriyanın işidir. Mənim siyasi taleyim yalnız suriyalıların iradəsindən asılıdır”, – deyə B.Əsəd bildirib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)