Əsəd məktəb və xəstəxanaları bombalayıb – Dövlət Departamenti
Aprel 01
16:46
2016
696 dəfə baxılıb
Vaşinqton Suriya ordusunu atəşkəs rejimini pozaraq, dinc sakinlərə hücum etməkdə ittiham edən bəyanat verib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Con Kirbi deyib ki, Dəməşq ətrafında yerləşən Deyr əl Asafir şəhərindəki məktəb və xəstəxana 31 mart tarixində aviasiya zərbələrinə məruz qalıb.
Vaşinqtonda olan məlumata görə, 20-dən çox insan ölüb, qadın və uşaqlar olmaqla onlarla adam yaralanıb. Kirbi bildirib ki, ABŞ hakimiyyəti dinc sakinlərə qarşı hücumları qətiyyətlə pisləyir. ABŞ rəhbərliyi Suriya rejimini dəfələrlə ittiham etsə də, Əsəd hər dəfə ittihamları təkzib edib.
Qeyd edək ki, Suriyada atəşkəs rejimi 27 fevraldan qüvvədədir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)