Əsəd qüvvələri qaçqınlara hücum edib – 60 nəfər ölüb
May 06
16:06
2016
644 dəfə baxılıb
Suriya rejiminə aid qırıcılar İdlibin Sarmada qəsəbəsində Kamune qaçqın düşərgəsini hədəf alıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində 60-a yaxın insan həlak olub, 30-dan çoxu isə yaralanıb.
Qeyd edək ki, rejim qüvvələrinin Hələb, İdlib, Latakiya şəhərlərinə hücumundan dolayı əhali Sarmada qəsəbəsinə yerləşmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)