Əsəd rejimi İŞİD-lə razılığa gəldi
724 dəfə baxılıb
“Sələf Xəbər”in “alarabiya”ya istinadən məlumatına görə Əsəd rejimi İŞİD terror xəvaric qruplaşması ilə razılığa gəlib.
Razılıq İŞİD qüvvələrinin 53 avtobusdan ibarət maşın karvanı vasitəsi ilə Dəməşqin cənubundan terror təşkilatının düşərgəsi olan Raqqa şəhərinə getməsi üçün yolun açılmasıdır. Bu razılıq Əsəd rejiminin İŞİD qüvvələrinin Həcər əl-Əsvəd bölgəsindən çıxarılmasından dərhal sonra əldə edilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”