Əsəd rejimi Şimali Koreya liderinin şərəfinə park inşa etdi – VİDEO
676 dəfə baxılıb
Dünən, 2 Sentyabr tarixində Suriyanın Dəməşq şəhərində Əsəd rejiminin rəsmilərinin iştirakı ilə Şimali Koreya lideri Kim El Sunq adına açılmış yeni park yerli əhali arasında narazılığa səbəb olub.
“Sələf Xəbər” xarici mətbuata istinadən bildirir ki, Suriyanın paytaxtı Dəməşq şəhərinin Kafr Susa adlı bölgəsində açılmış parkın ərazisi doqquz min kvadrat metrdir. Park son zamanlar boldozerlər vasitəsi ilə dağıdılmış evlərin yerində salınmışdır.
Bu hadisə Koreya Fəhlə Partiyasının yetmiş illik yubileyinə həsr edilmişdir. Parkın açılışında Xarici İşlər nazirinin müavini Feysəl Miqdad iştirak etmiş və o, çıxışı zamanı Şimali Koreya liderini tarixi şəxsiyyət adlandırmış, onun ölkəsinin azadlığı uğrunda atdığı fəaliyyətlərini yüksək qiymətləndirmişdir.
Dəməşq hər iki ölkənin Qərb təhdidinə məruz qalmasını əsas tutaraq Pxenyan hökuməti ilə sıx əlaqələrini qoruyur.
Sələf Xəbər: İnsanlar Allahın onlara bəxş etdiyi nemətlərə görə məsuliyyət daşıyırlar. Qiyamət günü onlar xərclədikləri hər qəpiyə görə Allah qarşısında hesaba çəkiləcəklər. İlk hesaba çəkilən insanlar arasında üzərində xalqın yükünü daşıyan rəhbərlər olacaqlar. Xalqı səfalət içində yaşayan, ölkəsi yerlə bir edilən zalım Bəşər Əsəd rejimi çox təəssüf ki, belə çirkin addım atmaqdan utanmır.
Uca Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)