Əsəd: “Suriya xalqı bütövlükdə getməyimi tələb etsə…”
Dekabr 12
18:44
2015
662 dəfə baxılıb
“Suriyadan başqa bir dövlətdə yaşamaq fikrim yoxdur. Vəziyyət necə olursa-olsun, heç vaxt bu fikrə düşməmişəm. Bu, heç vaxt baş verməyəcək”.
“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşşar Əsəd deyib.
Onun sözlərinə görə, əgər Suriya xalqı bütövlükdə onun getməyini tələb etsə, o, yalnız o anda prezident postunu tərk edəcək: “Əgər mənim suriyalılarla problemim olsa, eyni zamanda, Qərb dövlətlərinin əksəriyyəti, ABŞ və onların müttəfiqləri mənə qarşı olsalar, ilk olaraq xalqımın istəyini dəstəkləyərəm. Suriyalılar istəmirsə, necə onların prezidenti ola bilərəm?! Bu, qeyri-etikdir. 5 ildir ki, burda müharibənin ortasındayam və suriyalılara da bu müddətdə dayaq olmuşam”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)