Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əsəd tərəfdarları arasında qarşıdurma artır

Avqust 11
16:01 2015

Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyən Suriyanın sahil bölgəsində ələvilər arasında qarşıdurmalar get-gedə güclənir.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu qarşıdurmalar ölkədəki ələvilər arasında baş qaldıran ilk qarşıdurma deyil. Amma ilk dəfə bu qarşıdurmalar etiraz aksiyaları ilə müşayiət olunur.

Əsəd ailəsinin üzvlərindən olan Hilal Əsədin oğlu Süleyman Əsəd Laziqiyyə vilayətində yüksək rütbəli olmaqla yanaşı, həm də mafiya başçısı kimi tanınır.

Süleyman Əsəd tərəfindən öldürülən Həsən Şeyx isə illərdir Əsəd ailəsinə xidmət edir və rejimə sədaqətindən dolayı şəxsən Bəşər Əsəd tərəfindən mükafatlandırılmış bir polkovnik olub.

Qarşıdurmalar polkovnik Həsən Şeyxin həyat yoldaşı və iki uşağının gözü qarşısında öldürülməsindən sonra baş qaldırıb.

Süleyman Əsəd öz avtomobili ilə yolda gedən polkovnik Həsən Şeyxin avtomobilinin qarşısını kəsərək onu avtomobilsdən endirib. Onların arasında mübahisə yarandığı üçün Süleyman Əsəd Həsən Şeyxi oradaca güllələyib.

Hadisə Əsədin əsgərlərinin gözü qarşısında baş versə də əsgərlər hadisəyə müdaxilə etməkdən çəkiniblər və Süleyman Əsəd hadisə yerini rahat şəkildə tərk edib.

Artıq bir neçə gündür bölgə əhalisi hadisəyə qarşı öz etirazlarını bildirmək üçün küçələrə axışıb aksiyalar keçirirlər.

Aksiya iştirakçıları “Xalq Süleymanın edamını istəyir” şüarları ilə hökumətə səslənir, sosial şəbəkələrdə isə Həsən Şeyxi dəstəkləyənlər üçün səhifələr açılır.

Sosial şəbəkələrdə səsləndirilən fikirlərdən isə ən maraqlısı belə olub:

“Artıq avtomobil istifadə etməyəcəm, çünki uşaqlarımın gözü önündə öldürülmək istəmirəm”.
Digər bir şərhdə isə belə deyilir:

“Əgər Süleyman Əsəd cəzalandırılmasa, biz də müxaliflər üçün çalışacağıq. Hamımız onların agenti olacağıq”.

Süleyman Əsəd Bəşər Əsədin əmisi oğlu Hilal Əsədin oğludur. Hilal Əsəd 2014-cü ilin mart ayında Kəsəb bölgəsində müxaliflər tərəfindən öldürülmüşdü.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər