Əsəd: “Türkiyə və Səudiyyə Suriyaya girməyə hazırlaşır”
Fevral 13
17:03
2016
697 dəfə baxılıb
Suriya diktatoru Bəşər Əsəd Türkiyə və Səudiyyə Ərəbistanının ölkəsinə girəcəyini deyib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bunu Əsəd Frans Press-ə açıqlamasında deyib.
Rusiya və Suriya ordusunun Hələbdə apardığı əməliyyatların əsas məqsədinin Hələb ilə Türkiyə arasındakı yolunu kəsmək olduğunu bildirən Suriya diktatoru, Suriyaya hücum etməyə hazırlaşan Türkiyə və Səudiyyə Ərəbistanına cavab verəcəklərin deyib.
Diktator Qərb ölkələrini ittiham etməklə yanaşı, BMT-nin onu insanlıq cinayətində ittiham etməsini də rədd edib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)