Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əsədin qırıcılarının hücumu nəticəsində 51 ölü, 117 yaralı

İyun 09
14:11 2015

İdlibin Cenudiyə kəndinə avia zərbələr endirilib.

“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsədin qırıcı təyyarələri müxalifətin nəzarətində olan İdlibin Cenudiyə kəndinə avia zərbələr endirib. Nəticədə 51 nəfər ölüb, 117 nəfər yaralanıb.

Kəndin mərkəzinə günorta saatlarında 2 raket atılıb.

Bir çox binanın uçduğu hücumdan sonra 15 min nəfərin yaşadığı kənddə böyük bir panika yaşanıb.

Avia zərbələr zamanı yaralananlar müxalifətin nəzarətində olan xəstəxanalara aparılıb.

Sələf Xəbər: Şeyx Saleh Fövzandan (Allah onu qorusun) deyib: “Ayrı-ayrı insanların əlinə silah alaraq nəsə eləməyə çalışmasına gəldikdə isə, bu heç bir fayda vermir. Bu cür əməllər müsəlmanların birliyinə səbəb olmur, əksinə qan tökülməsi ilə nəticələnir. Bunu həm təcrübə, həm də reallıq sübut edir. Odur ki, bizim üçün vacib olan, (Suriyadakı) müsəlman qardaşlarımız üçün dua etməkdir. Biz Allaha dua etməliyik ki, onlara qələbə və müvəffəqiyyət bəxş etsin. Həmçinin Allahdan, onlara qarşı haqsızlıq edənlərin cəzalandırmasını istəməliyik”.

Digər xəbərlər