Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb
Dekabr 08
18:15
2017
1. 370 dəfə baxılıb
Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.
İsrail hərbçilərinin hesablamasına əsasən, İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında 3 min nəfər, Qəzza zolağının sərhəd rayonunda isə bir neçə yüz nəfər iştirak edib.
Məlumata görə, İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb.