Fəth ordusu “Hizbullah”a qarşı böyük əməliyyata başlayıb
821 dəfə baxılıb
Suriya müxaliflərinin Fəth Ordusu İdlib şəhər mərkəzi ilə Binniş və Teftanaz arasında olan, Hizbullah nəzarətindəki kəndlərə hücum həyata keçirməyi qərara alıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu qərar “Ahrarus Şam” hərəkatı ilə İran nümayəndə heyyəti arasında keçirilən danışıqların nəticəsiz qalmasından sonra verilib.
İki gündür kəndlərdə yerləşən Hizbullah mövqelərini ağır silahlarla hədəfə alan Fəth Ordusu piyadala qoşunun hücumu üçün bütün hazırlıqlarını tamamlayıb.
Fəth Ordusunun əməliyyat komandirlərindən biri “Timetürk”ə verdiyi açıqlamada deyib:
“Məqsədimiz İdlib şəhərinin ətrafını tamamilə azad etməkdir, ancaq bu bir intiqam savaşı deyil. Yaşlılara və bizimlə döyüşməyənlərə toxunulmayacaq. Əməliyyatı şüurlu şəkildə həyata keçirəcəyik”.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!