Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Fəthullahçı prokurorlar Ermənistana qaçdı

Avqust 12
16:43 2015

“Sələf Xəbər” sputnik.az-a istinadən xəbər verir ki, Türkiyədə paralel dövlət qurmaqda təqsirləndirilən və haqlarında 11.08.2015 tarixində həbs qərarı çıxan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara gecə səhərə yaxın ölkədən qaçıblar. Onlar ilk öncə Gürcüstana, oradan da Ermənistana keçiblər.

Xəbəri ölkənin şərqində yerləşən Artvin vilayətinin valisi Kamal Cirit də təsdiqləyib: “Keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara səhər saat 04:19 radələrində sərhəd keçid məntəqəsindən Batuma keçiblər. Əldə etdiyimiz dəqiq məlumatlara görə onlar daha sonra Ermənistana qaçıblar”.

Hər iki şəxs 2013-cü ildə ölkədə sivil çevrilişə cəhd etməkdə təqsirləndirilirdi.

Sələf Xəbər: Xatırladaq ki, İslam bizə müsəlman rəhbərlərimizə tabe olmağı əmr edir, hətta, əgər onlar bizə qarşı ədalətsiz rəftar etsələr də. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Əgər, o sənin kürəyinə vursa və sənin əmlakını əlindən alsa belə, ona qulaq as və tabe ol”. (Müslim).

Rəhbərə müxalif olan və ona tabe olmaqdan imtina edənlər barədə isə o demişdir: “Rəhbərə tabe olmaqdan imtina edib müsəlmanlardan ayrılıb və bunun üzərində ölən kəs cahillik ölümü ilə ölmüşdür (İslamdan öncəki çoxallahlıq dövrü)” (Müslim).

Məhz buna görə, müsəlman rəhbərə münasibətdə istənilən müxalif fəaliyyət (istər “gizli yığıncaqlarda”, istərsə də ictima şəkildə sözlə və ya hərəkətlə) İslam dininin hökmlərinə əsasən qadağandır (haram). İslam bizə öz rəhbərlərimizin nöqsanları haqqında insanlar arasında danışmağı qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Əgər kimsə sultana məsləhət vermək istəyirsə, qoy bunu xalqın qarşısında etməsin, əksinə sultanın əlindən tutaraq onunla təklikdə söhbət etsin. Əgər sultan onun məsləhətinə qulaq asarsa yaxşı, yox etməsə, o artıq öz vəzifəsini yerinə yetirmişdir”. (Əhməd, şeyx əl-Albani hədisi “səhih” kimi təsnifatlaşdırıb).

Digər xəbərlər