Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Fətva Mərkəzi Fransa qəzetlərində İslamı tanıdacaq

Yanvar 15
16:21 2015

“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, Misir Fətva Mərkəzi Fransanın bir neçə qəzetlərində İslam dini və onun sülhə çağıran yüksək bir din olması barədə məqalə dərc etmək qərarını verib.

Misir muftisinin müşaviri İbrahim Nəcm deyib: “Fransanın “Lomond” qəzetində İslamın bütün Peyğəmbərlərə baxışı, onların hamısının sülh və bütün bəşəriyyətə xeyir istəmələri, onlara edilən pisliklərə yaxşılıqla cavab vermələri kimi gözəl əxalaqın əsaslarını qoymaqla insan mədəniyyətinin inkişafında mühüm rol oynamaları əks etdiriləcəkdir. Həmçinin də, bu məqalə söz azadlığının çərçivəsini açıqlayacaq, İslamın da buna yer verməsini, lakin digər dinlərin daşıyıcılarına qarşı təhqir və tənqidi tərk etməyə çağıracaq”.

O, həmçinin “ Gərək BMT bütün dinlərə və onların şəxsiyyətlərinə qarşı edilən təhqirlərin cinayət sayılması barədə qanun imzalasın”- deyib.

Misir Fətva Mərkəzi “Charlie hebdo” jurnalının yenidən Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən nüsxəni dərc etməkdən çəkindirir və bununla 1 milyard yarım müsəlmanın sevdiyi rəhmət Peyğəmbərini istehza etməklə onların hisslərinə toxunmaqda heç bir bəraətinin olmamasını qeyd etmişdir.

Eyni zamanda, Fətva Mərkəzi Fransa hökumətindən və partiyalarından “Charlie hebdo” jurnalının dinlərarası fitnəyə səbəb olan irqçi hərəkətini pislədiklərini bəyan etmələrini tələb edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz, sadəcə, boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” (Qurani-Kərim, “Tövbə” surəsi, 65,66-cı ayələr)

Digər xəbərlər