Finlandiyada müsəlmanların sayı getdikcə artır
685 dəfə baxılıb
Finlandiyada son zamanlar artan qaçqın axını nəticəsində müsəlmanların sayca Ortodoks xristianları arxada buraxaraq ikinci böyük dini qrup halına gəldiyi məlum olub.
“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına əsasən, bu ölkədə bu anda təxminən 70 min müsəlman yaşayır.
Əhalisinin sayı 5.34 milyon olan Finlandiyada 4 milyona yaxın lüteryen yaşayır. Ortodoks Xristianların sayı 61 min, Yehova Şahidləri 18 min və Katoliklərin sayı isə yalnız 13 mindir. Qalan 1,3 milyon adam hər hansı bir dini birliyə aid deyil.
2015-ci ildə bu ölkəyə əksəriyyəti İraq və Əfqanıstandan olmaq üzrə 28 min qaçqının gəldiyi bildirilib.
Mütəxəssislərin fikrincə Skandinaviya dövlətlərinə ilk müsəlman immiqrantlar 1980-ci illərin əvvəllərindən İran və Türkiyədən gəlməyə başlamışlar. Daha sonra bu ölkələrə İraq, Somali, Suriya və başqa İslam ölkələrindən yüz minlərlə müsəlman köçmüşdür.