Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Fransa qırıcıları İŞİD-in mövqelərini bombalayıb

Noyabr 16
21:31 2015

Fransaya məxsus qırıcı təyyarələr “İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının Rakkadakı mövqelərini bombalayıb.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD terror xəvaric qruplaşmasının qalası sayılan Rakkadakı hədəflərə 20-yə yaxın hava zərbəsi endirib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror xəvaric qruplaşması terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).

Digər xəbərlər