Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Fransız rejissor ölkəsindəki hadisədən sonra İslamı qəbul etdi

Yanvar 19
15:53 2015

O, bu qərarı verməklə İslamın, həqiqətən, sülh dini olduğunu sübut etmək istədiyini deyib.

“Sələf Xəbər” olke.az-a istinadən bildirir ki, Fransalı kinorejissor İzabel Matiç ölkəsində baş verən terror aktlarından sonra İslamı qəbul etməyə qərar verib.

Rejissor bu barədə öz Facebook səhifəsində yazıb: “Mən İslamın ilk mərhələsini keçdim. Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də onun Rəsuludur”.

Matiç bildirib ki, Fransadakı son hadisələr onun İslamı qəbul etməsi qərarını verməsinə təkan olub.
O, bu qərarı verməklə İslamın, həqiqətən, sülh dini olduğunu sübut etmək istədiyini deyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir.
Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər