“G20” ölkələrinin Antalyada keçiriləcək sammitinin gündəliyi açıqlandı
714 dəfə baxılıb
Zirvə toplantısının sonunda “Antalya bəyannaməsi” qəbul ediləcək.
“G20” ölkələrinin rəhbərlərinin Türkiyənin Antalya şəhərində keçiriləcək sammitinin gündəliyi açıqlanıb.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, liderlərin zirvə toplantısının gündəliyini ölkənin Xarici İşlər nazirliyi açıqlayıb.
XİN-dən bildirilib ki, “G20”nin toplantısının ilk günündə liderlər terrorçuluğa qarşı mübarizəni, Suriyadakı vəziyyəti, bu ölkədən olan qaçqınların məsələsini müzakirə edəcəklər.
Məlumata görə, tədbirdə ABŞ Prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Fransanın Prezidenti Fransua Olland, Çin Xalq Respublikasının sədri Si Tszinpin də iştirak edəcək.
Xəbərdə bildirilib ki, tədbir noyabrın 15-də yerli vaxtla saat 12-də Antalyanın Belek rayonunda başlayacaq. Zirvə t
oplantısının qonaqlarını ev sahibi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. Qarşılanmadan sonra nahar veriləcək. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan “G20” ölkələri liderlərinin həyat yoldaşlarına ziyafət verəcək.
Toplantıarası ikitərəfli görüşlərin keçiriləcəyi də istisna edilmir.
Noyabrın 16-da Rəcəb Tayyib Ərdoğan sammitin yekununa həsr edilən mətbuat konfransı keçirəcək. Toplantıda 5 çərçivə sazişinin də imzalanacağı gözlənilir. Sammitin sonunda “Antalya bəyannaməsi” qəbul ediləcək.
Qeyd edək ki, zirvə toplantısına ev sahibliyi edən dövlət bir qonaq ölkə liderini dəvət etmə haqqı var. Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidenti İlham Əliyevi bu sammitə dəvət edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!