Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Generallar Əsədlə bağlı mühüm qərar verməyə toplanıb

İyul 20
16:30 2015

Suriya ordusundan ayrılaraq müxaliflərin tərəfinə keçən 100-ə yaxın yüksək rütbəli zabit Türkiyənin Hatay vilayətinin Reyhanlı kəndində görüş keçirib.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yazıb. Toplantı zamanı Bəşər Əsədə qarşı strategiya müəyyən edilib.

Hələb regionunun komandiri, Əsədin keçmiş generalı Saher Əbdürrəhman əl Saket görüşdən sonra ictimaiyyətə açıqlama verib:

“2012-ci ildən bəri Suriya ordusundan ayrılaraq Azad Suriya Ordusunun tərkibində rejimə qarşı mübarizə aparan kiçik dəstələri vahid komandanlıq altında birləşdirmək barədə qərar verdik. Ümid edirəm ki, qısa müddət ərzində nəticə əldə edəcəyik”.

Digər xəbərlər