Gizli təşkilatların örtülü Türkiyə PLANI
1. 342 dəfə baxılıb
Türkiyəyə qarşı sonuncu müharibə başlayıb.
Selefxeber.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Əbdülrəhman Dilpakın “Yeni Akit” qəzetində dərc edilən köşəsində yer alıb. Rusiyanın Türkiyədəki səfirinin öldürülməsinə işarə edən yazar dünyada siyasi quruluşların dəyişəcəyini də bildirib. Onun fikrincə, artıq XX əsrdə imzalanmış razılaşmaları yenidən masa arxasında müzakirə etmək vaxtı yaxınlaşıb:
“Nəhayət ki, müharibə başladı. Doğrudur, bu, soyuq savaş olsa da, yenə də müharibədir. Bu, ən sonuncu savaşdır. Onun sonunda Tehran, Yalta, Potsdam, Lozanna, Sayks-Pikot, Balfor, Montrö, Ankara razılaşmalarının hamısı yenidən müzakirə ediləcək. Birinci Dünya müharibəsi Avstriya-Macarıstan imperatorluğunun vəliəhdi Frans Ferdinandın bir serb tərəfindən öldürülməsi ilə başladı. Əslində, İkinci Dünya savaşı da belə start götürmüşdü. Soyuq müharibə isə İkinci Dünya savaşının davamı idi.
SSRİ-nin dağılmasından sonra soyuq savaş bitmədi, sadəcə, formatını dəyişdi. Qırmızı təhlükənin yerini yaşıl təhlükə aldı. Təhdidin rəngi qırmızıdan yaşıla döndü. İslamofobiya, mülayim islam bu savaşın yeni taktiki ssenariləri içində olan quruluşları ifadə edirdi.
Böyük Yaxın Şərq Layihəsi çərçivəsində Türkiyəni öz siyasətlərinin əsas öndəri edib, onu ələ keçirməyi planlaşdırırdılar. Bizim vasitəmizlə islam dünyası tutulacaqdı. İlk olaraq 22 ölkənin sərhədi, rejimi və iqtidarları dəyişdiriləcəkdi. Bundan sonra islam coğrafiyası nəzarətlərinə keçəcək, sonra bütün dünyanı hədəfə alıb, yeni dünya nizamını formalaşdıracaqdılar. Bu işin arxasında MKİ, MOSSAD, Mİ6, Vatikan var idi. Təbii ki, Almaniya, mason lojaları və qlobal sərmayə də onlara yardımçı idi. 15 iyulda bu oyun pozuldu. Buna görə də xəyanət qrupu sonuncu hücuma başlayıb. Qorxudan nə edəcəklərini bilmirlər. BMT və NATO artıq çöküb. BVF, Dünya Bankı, Təhlükəsizlik Şurası, Beynəxalq Cinayət Məhkəməsi, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi, Afrika Birliyi gələcək üçün ümid vermir. Bundan sonra heç nə keçmişdə olduğu kimi olmayacaq”.
Sələf Xəbər: Xəyanət və ya satqınlıq islamda ən böyük günahlardan sayılır.
Uca Allah Quranda buyurur: “Şübhəsiz ki, Allah xainləri sevmir” (Müqəddəs Quran, “Ənfal” surəsi, 58-ci ayə).
Müsəlman rəhbərlərə münasibətdə xəyanət isə, bəziləri Yəzid bin Müaviyəyə tabe olmaqdan boyun qaçırdıqda, məşhur səhabə İbn Ömərin (Allah ondan razı olsun) dediyi kimi, ən böyük xəyanətlərdən sayılır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qiyamət günü Allah Təalə bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir” (Buxari). Yəni, Hesab günü belə insan bütün insanlar qarşısında rüsvay olacaq və bütün insanlar biləcək ki, bu insan xəyanətkardır.Həmçinin xəyanət münafiqliyin təzahürlərindən biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər; danışan zaman yalan danışar; əhd bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər” (Buxari).