Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Hacılar gül-çiçəklə yola salınır – FOTO

Sentyabr 16
15:28 2016

Həcc ibadətini yekunlaşdırıb öz vətəninə qayıdan zəvvarlar Ciddə şəhəri Kral Əbdüləziz adına hava limanından yola salınarkən onlara hədiyyə olaraq gül, şirniyyat və su təqdim olunur.

Selefxeber.az-ın “Sabq.org” saytına istinadən məlumatına görə hava limanının rəhbərliyinin verdiyi məlumata görə bir neçə saat ərzində onlar hacılara mindən çox gül dəstəsi hədiyyə etmiş və onları xeyir-dua ilə yola salmışlar.

📷

57dabcbaad91f

57dabcb86e871

57dabcb5976f2

Sələf Xəbər: İslam şəriəti qonağa hörmət etməyi əmr edir. Bu haqda dinimizdə saysız-hesabsız hədislər mövcuddur. Nümunə olaraq aşağıdakı hədisi qeyd etmək olar:

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, biri Peyğəm­bərə (ona Allahın salavatı və salamı olsun) qonaq gəldi. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) zövcələrinə (kimin evində yemək olması haqqında) xəbər göndərdi. Onlar dedilər ki: “Bizdə sudan başqa heç nə yoxdur”. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim bu adama hörmət edər, yaxud (onu) evində qonaq saxlayar?” Ənsardan bir kişi: “Mən”– dedi. O, qonağı evinə aparıb həyat yoldaşına dedi: “Peyğəmbərin qonağına yaxşı bax”. Qadın dedi: “Evdə uşaq­ların yeməyindən başqa bir şey yoxdur”. O dedi: “Yeməyini hazırla, çı­rağı yandır və uşaqlar axşam yeməyini istədikdə, onları yatızdır”. Qadın yeməyini hazırladı, çırağı yandırdı və uşaqları yatızdırdı. Son­ra qalxıb guya çırağı düzəldirmiş kimi, onu söndürdü. Onlar qo­nağa yemək yediklərini göstərməyə başladılar. (Halbuki qonaq ye­məkdən doyunca yesin deyə, sadəcə əllərini yeməyə uzadıb heç nə götür­mə­dən geri çəkdilər). Beləliklə hər ikisi ac yatdı. Səhər Pey­ğəm­bərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldikdə, o dedi: “Allah sizin bu hərəkə­tinizə güldü, yaxud təəccüb etdi və bu ayəni nazil etdi:
“Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəf­si­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır.” (əl-Həşr surəsi 9-cu ayə).

Digər xəbərlər