Hacılar gül-çiçəklə yola salınır – FOTO
1. 363 dəfə baxılıb
Həcc ibadətini yekunlaşdırıb öz vətəninə qayıdan zəvvarlar Ciddə şəhəri Kral Əbdüləziz adına hava limanından yola salınarkən onlara hədiyyə olaraq gül, şirniyyat və su təqdim olunur.
Selefxeber.az-ın “Sabq.org” saytına istinadən məlumatına görə hava limanının rəhbərliyinin verdiyi məlumata görə bir neçə saat ərzində onlar hacılara mindən çox gül dəstəsi hədiyyə etmiş və onları xeyir-dua ilə yola salmışlar.
Sələf Xəbər: İslam şəriəti qonağa hörmət etməyi əmr edir. Bu haqda dinimizdə saysız-hesabsız hədislər mövcuddur. Nümunə olaraq aşağıdakı hədisi qeyd etmək olar:
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, biri Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qonaq gəldi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zövcələrinə (kimin evində yemək olması haqqında) xəbər göndərdi. Onlar dedilər ki: “Bizdə sudan başqa heç nə yoxdur”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim bu adama hörmət edər, yaxud (onu) evində qonaq saxlayar?” Ənsardan bir kişi: “Mən”– dedi. O, qonağı evinə aparıb həyat yoldaşına dedi: “Peyğəmbərin qonağına yaxşı bax”. Qadın dedi: “Evdə uşaqların yeməyindən başqa bir şey yoxdur”. O dedi: “Yeməyini hazırla, çırağı yandır və uşaqlar axşam yeməyini istədikdə, onları yatızdır”. Qadın yeməyini hazırladı, çırağı yandırdı və uşaqları yatızdırdı. Sonra qalxıb guya çırağı düzəldirmiş kimi, onu söndürdü. Onlar qonağa yemək yediklərini göstərməyə başladılar. (Halbuki qonaq yeməkdən doyunca yesin deyə, sadəcə əllərini yeməyə uzadıb heç nə götürmədən geri çəkdilər). Beləliklə hər ikisi ac yatdı. Səhər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldikdə, o dedi: “Allah sizin bu hərəkətinizə güldü, yaxud təəccüb etdi və bu ayəni nazil etdi:
“Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (əl-Həşr surəsi 9-cu ayə).