Hacılar ikinci daşatmanı icra etdilər – FOTO
892 dəfə baxılıb
Selefxeber.az “Akhbaar24” saytına istinadən bildirir ki, Allahın haram evini ziyarət edən hacılar ikinci təşriq günündə daşatma mərasimini asanlıqla, heç bir problem yaşamadan yerinə yetiriblər. Tələsdiyi üçün həcci erkən başa vurmaq istəyənlər daşatmadan sonra Kəbəyə gedərək təvaf ibadətini yerinə yetirirlər. Bu qism insanların əməli uca Allahın bu ayəsinə uyğundur:
“(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!” (əl-Bəqərə surəsi, 203-cü ayə).
Həccin sonuncu gününə qalmaq istəyən hacılar Mina çadır şəhərciyinə geri qayıdıblar.
Uca Allahın lütfü, sonra isə təhlükəsizlik qüvvələrinin səyi nəticəsində hacılar asanlıqla bu ibadəti icra ediblər.