Həbsxanada Quran oxuyan gənci dünya tanıdı – VİDEO
1. 328 dəfə baxılıb
Malayziyada Yaqub adlı gəncin həbsxanada Qurani-Kərimi oxumasını əks etdirən videogörüntü böyük marağa səbəb olub.
Proqrama Quran oxuması üçün aldığı dəvətlə əlaqədar Kelantan əyalətinə gedən və axşam saatlarında çölə çıxan Yaqub pasportunun müddətinin bitməsinə görə nəzarətə alınıb və 6 ay həbsdə saxlanılıb.
Yaqubun həbsdə qaldığı müddət boyu Quranı-Kərimin ayələrini oxuduğu anlar həvəskar kamera tərəfindən qeydə alınıb.
Sosial mediada paylaşım rekordu qıran videodan sonra Yaqub bir çok ölkələrdən dəvətlər alıb.
“Sələf Xəbər” Aztoday.az-a istinadən həmin kadrları təqdim edir:
Sələf Xəbər: Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət).
Quranın əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur.
Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani Kərim, “Qamər” surəsi, 22-ci ayə)
Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu, hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Krim, “Hicr” surəsi, 9-cu ayə)