Həcc mövsümü üçün 30 min tibb işçisi səfərbər edilib
900 dəfə baxılıb
Həcc ziyarəti üçün Məkkə və Mədinəyə gələn zəvvarların təhlükəsizliyini təmin etmək məqsədilə Səudiyyə Ərəbistanında 30 minə yaxın tibb işçisi səfərbər olunub.
Selefxeber.az-ın “Тасс” agentliyinə istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, zəvvarlara xidmət göstərəcək bütün işçi heyəti üçün meninqit və qripə qarşı peyvənd proqramının həyata keçirilməsinə başlanılıb. Ciddə Beynəlxalq Hava Limanına gələn bütün əcnəbi qonaqlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) standartlarına uyğun olaraq tibbi müayinədən keçəcəklər.
Həcc zamanı Ərafat dağı yaxınlığında, Mina vadisindəki çadır şəhərciyində, eləcə də Məkkə və Mədinədə 25 xəstəxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Zəvvarlar üçün 150-dən çox mobil xəstəxana 5 min nəfərə eyni anda xidmət göstərmək üçün hazırlıq vəziyyətinə gətiriləcək. Bununla yanaşı, xəstələrin nəqli üçün Səhiyyə Nazirliyi tərəfindən 100 ədəd təcili tibbi yardım maşını da ayrıldığı bildirilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).
Muhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).