Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Həcc “selfisinə” (özçəkiminə) yox deyək!

Oktyabr 03
20:45 2014

“Sələf Xəbər” Arab News xəbər portalına istinadən bildirir ki, Kəbə ətrafında təvaf edərkən, Qara daşı öpərkən, Səfa və Mərvə təpələri arasında qaçarkən və ya Peyğəmbər Məscidinin günbəzinin yaxınlığında olarkən şəkil və video çəkən insanlar görmək olar.

Zəvvarlar və İki Müqəddəs Məscidin ziyarətçiləri “selfi” xəstəliyinə elə düçar olub ki, bu “turistsayağı davranış” alimlərin və digər zəvvarların da ovqatına pis təsir edib.

“Mədinədə gördüm ki, bir ailə üzünü günəşə tərəf tutub, əllərini göyə qaldırıblar, guya ki, dua edirlər. Mən onların dəqiq olaraq nə etdiklərini başa düşmədim. Lakin, sonra gördüm ki, bir nəfər onlarla üz-üzə dayanıb şəkillərini çəkir.”, Riyadlı İslam Elmləri müəlliməsi 27 yaşlı Zəhra Muhamməd bildirib. “Mən Məscidul-Həramda arxa fonda Kəbə ilə “selfilər” çəkən və daha sonra bu şəkilləri Facebook-a yükləyərək bunu sosial mətbuat mərasiminə çevirən və ibadətlərini göstərişə çevirərək puça çıxaran insanlar görmüşəm.”, xanım sözlərinə əlavə edib.

İnsanların Müqəddəs Məkkə və Mədinə məscidlərində hər hərəkətlərini çəkməyə can atması və bu qiymətli dəqiqələri sosial mətbuatda dostları və ailələri ilə bölüşməsi, zəvvarların müqəddəs məscidlərdə əvvəlkindən daha çox telefondan istifadə etmələri ilə nəticələnib. Bir çoxları hesab edir ki, bu cür davranışlar ibadəti, xüsusilə həyatda bir dəfə edilən Həcc ziyarətini yerinə yetirərkən mütiliyə və huşuya nail olmağa mane olur.

Ciddəli alim Şeyx Assim əl-Hakim deyib: “Səbəbsiz şəkil çəkdirmək barədə alimlər ixtilaf ediblər. İstənilən halda, bu ixtilaflara baxmayaraq, Həccin həqiqi mahiyyəti və onun məğzindən söhbət gedirsə, bu barədə heç bir müzakirə aparılmamalıdır. Həcc ixlas və Sünnəyə riayət üzərində qurulub. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həcc ziyarətini yerinə yetirərkən demişdir: “Allahım, səndən təkəbbür və göstərişdən uzaq zəvvarlıq diləyirəm”. Bu cür “selfilər” və videolar çəkmək, Peyğəmbərimizin arzusuna ziddir”.

Məşhur alim şeyx Əbdul Rəzzaq əl-Bədr Həcc zamanı şəkil çəkdirmək barədə xəbərdarlıq edərək bildirmişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Miqata çatdıqda deyərdi: “Allahım bu həcci riyadan (göstərişdən) və sumədən (özünü eşitdirməkdən) uzaq et”. Bu dua Miqatda deyilir. Bu dua dil ilə deyilir, daha sonra əməldə və nəfslə mübarizə aparmaqla göstərilir. Lakin indi miqatda bir çox insanlar xatirə şəkilləri çəkir. Onlar təvaf zamanı və Ərəfatda ikən, Cəmərətdə daş atarkən şəkillər çəkirlər. Sanki bu səyahətin yeganə məqsədi ibadət yox, şəkil çəkməkdir”. Onlar evə qayıdanda isə belə deyirlər: “Gəlin mənə baxın, bax bu mənəm Ərəfat dağında, bu da mənim Müzdəlifədəki şəklim!”

Mütilik, qorxu və huşu içində dua edirlərmiş kimi əllərini göyə qaldıraraq şəkil çəkdirirlər. Şəkil çəkildikdən sonra isə, əllərini endirirlər”, o deyib. Bu il Hollivudda Oskarın təqdimat mərasimi zamanı çəkilmiş şəkil dünyada ən məşhur və haqqında ən çox danışılan “selfi” olub. Lakin, son bir neçə gün ərzində 2 müqəddəs məscidin ziyarətçilərinin ibadətlərinin təbiətinə zidd olsa da, bu dəblə ayaqlaşmaqda geri qalmaq istəmədiklərinin şahidi olduq.

Müqəddəs məscidlərdə “selfi” və şəkillər çəkməyin qəfil dəb halını almasının günahı qismən smartfonların satışının və istifadəsinin artmasıdır. Bir neçə il bundan əvvələ qədər, kameralı telefonlarla müqəddəs məscidlərin içərisinə girmək qadağan idi. Düzdür, bəzi zəvvarlar onları gizli şəkildə içəri keçirməyə nail olurdu. Lakin, belə görünür ki, səlahiyyətli orqanlar bu qaydaları yüngülləşdiriblər. Çünki Kəbənin önündə poza verən və xoşbəxtcəsinə şəkil çəkdirən zəvvarları görmək adi hal alıb. Lakin, məscidlərin girişində dayanan mühafizəçilərin peşəkar kameraları olan insanların içəri daxil olmasına icazə vermədiyi bildirilir.

“Mən cümə namazı qılmaq üçün Məscidul-Hərama gəlmişdim. Lakin bir neçə nəfər xütbəni lentə almaq üçün önümdən keçirdi. Belə vəziyyətdə huşuya necə nail olmaq olar?”, bu il Həcc ziyarətini yerinə yetirən Ciddəli mühacir Əhməd deyib. “Keçən il Ümrə ziyarəti zamanı Həramın içərisində kamerası olan bəlkə də minlərlə insan gördüm. Bir çox insanın kameralı telefonu var və bu “xəstəliyin” qarşısını asanlıqla almaq mümkün deyil.”, o sözlərinə əlavə edib. O təklif edir ki, fərdi Həcc tur operatorları öz qrup üzvlərinə kameralardan ifrat dərəcədə istifadə etməmək barədə məlumat versinlər ki, o şəxslər özlərini və digərlərini Həcci Məbruru (Məqbul Həcci) yerinə yetirməyin əsas məqsədindən yayındırmasınlar.

 Sələf Xəbər: İbn Qeyyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”
(“əl-Fəvəid” kitabı)

Digər xəbərlər