Həcc ziyarəti ilə bağlı qaydalar sərtləşdirilib
982 dəfə baxılıb
“Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq”.
Səudiyyə Ərəbistanının Həcc İşləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və Həcc ziyarətini təşkil edən şirkətlər üçün lisenziya qaydalarını sərtləşdirib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb.
“Əgər Məkkə və Mədinədə zəvvarların yaşayışı üçün əlverişli olmayan mənzillərdə yerləşdirildikləri aşkar edilərsə, nazirlik onları otellərin boş nömrələrində yerləşdirəcək və buna sərf edilən xərclər şirkətin bank zəmanətindən çıxılacaq”, – nazirliyin KİV-də dərc olunan bəyanatında deyilir.
Nazirliyin bəyanatında Həcc-operatorları nümayəndələrinin fəaliyyətini təşkil edəcəkləri bir sıra tələblər sadalanır. Şirkətlər zəvvarların yaşaması və nəqli üçün zəruri şərtləri təmin etməlidir.
Firmalar, həmçinin Həcc İşləri üzrə Nazirliyin və krallığın Mülki Müdafiə İdarəsinin bir sıra lisenziyalarını əldə etməlidir.
“Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verən basabas nəticəsində iki mindən artıq zəvvar həyatını itirib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)